Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
30 mart 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekologiya könüllülərinin iştirakı ilə Araz Su Anbarı ətrafında 01 aprel - Beynəlxalq Quşlar Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbir zamanı Nazirliyin və AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşı tərəfindən könüllülərə Beynəlxalq Quşlar Gününün qeyd edilməsinin əhəmiyyəti ilə bağlı ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Daha sonra könüllülər ərazidə mövcud olan ornitofauna növlərini xüsusi teleskop və binokllar vasitəsilə müşahidə etmişdirlər. Müşahidə zamanı onlara müxtəlif quş növləri haqqında ətraflı məlumat verilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd muxtar respublikanın mövcud flora və fauna ehtiyatlarının mühafizəsi və artırılması sahəsində gənc nəslin maarifləndirilməsi, eləcə də ictimaiyyətin rolunun artırılmasıdır.