Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Bu gün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Araz su anbarının ətrafında 20-dən artıq hamiliyə verilmiş ixtisas tələbələrinin və ekologiya könüllülərinin iştirakı ilə 02 fevral Gənclər Günü və Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar ekskursiya keçirilmişdir. Tədbir zamanı əvvəlcə iştirakçılara Gənclər Günü və Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə bağlı geniş məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.Daha sonra iştirakçılar ərazidə mövcud olan ornitofauna növlərini xüsusi teleskop və binokllar vasitəsilə müşahidə etmişlər. Müşahidə zamanı gənclərə müxtəlif növlər haqqında ətraflı məlumat verilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin və ümumilikdə ictimaiyyətin rolunun artırılmasıdır.