Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hami ixtisas tələbələrinin və ekologiya könüllülərinin iştirakı ilə Araz Su Anbarı ətrafında 01 aprel Beynəlxalq Quşlar Günü ilə bağlı tədbir keçirilib. Tədbir zamanı iştirakçılara Beynəlxalq Quşlar Günü ilə bağlı ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Sonra gənclər xüsusi binokllar vasitəsilə ərazidəki quşları müşahidə etmişlər. Tədbirin keçirilməsində əsas məqsəd mövcud quş növlərinin qorunması və artırılması sahəsində gənc nəslin rolunun artırılmasıdır.