Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
17 iyunda qeyd olunan “Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə günü” 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunmuşdur. Həmin il Birləşmiş Millətlər Təşkilatı tərəfindən səhralaşma ilə mübarizə haqqında qəbul olunmuş Konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunmuşdur.
Quru iqlim şəraitində yerləşən Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır. Buna görə Azərbaycan Respublikası ölkənin ekoloji durumunun yaxşılaşdırılmasını, təbii resurslardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq 1998-ci il 24 aprel tarixində “Səhralaşmaya qarşı mübarizə” Beynəlxalq Konvensiyasına qoşulmuşdur.
Muxtar respublikamızda da yay və qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı” na Meşələrin artırılması və bərpa olunmasına dair” və “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” Milli Proqramlara uyğun olaraq müvafiq işlər görülür. Ümumilikdə hər il muxtar respublika ərazisində 500 hektardan artıq əkinbərpa işləri aparılır.
Bu işlərin nəticəsidir ki, muxtar respublikamızda yaşıllıqların həcmi artaraq ümumi ərazinin 20%-i ni təşkil edir.