Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

25 oktyabr 2024-cü il tarixdə hərrac keçiriləcək

Yer təkindən istifadə ilə bağlı

25 oktyabr 2024-cü il tarixində saat 11:00-da keçiriləcək hərracın

elanı

 

             Hərrac auksion formasında keçiriləcəkdir.

 

             Culfa rayonu “Əlincəçay” qum-çınqıl yatağı

 

 

Yatağın adı

LOT

Həcmi

                Sahəsi

Faydalı

qazıntının növü

İstismar müddəti

Yatağın koordinatı

Başlanğıc

qiyməti

(manatla)

Beh  məbləği

(10%)

(manatla)

İştirak haqqı

(manatla)

1.

Əlincəçay

LOT-1

  200000m3

4,0 ha

Qum-çınqıl

20

ilədək

X4328151.874 Y552558.303 X4328224.730 Y552641.414

X4328218.420 Y552700.536 X4328295.871 Y552739.104

20000

2000

 

 

 

 

540

 

          Hərracın keçiriləcəyi ünvan: Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi 19, (Naxçıvan Biznes Mərkəzi MMC)

          Qeyd: Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə  müraciət edə bilərlər. (Naxçıvan şəhəri Cəlil  Məmmədquluzadə  küçəsi 42)

     Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki  imkanlara malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri müraciət Ərizəsinə qoşma olaraq təqdim etməlidirlər:

  1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
  2. Hərracda iştirak haqqının ödənilməsi barədə bank sənədinin əsli;
  3. Hərracda (müsabiqə və auksion) iştirak etmək üçün ödənilən iştirak haqqı (hərrac xərcləri) hərrac predmetinin ehtiyat həcmlərinə münasibətdə aşağıdakı qaydada (Lot üzrə) müəyyən edilir:

Ehtiyat həcmi 200 000 (iki yüz min) kub metrədək  - 540,00 (beş yüz qırx) manat;

Ehtiyat həcmi 200 000 (iki yüz min) kub metrdən 500 000 (beş yüz min) kub metrədək  - 810,00 (səkkiz yüz on) manat;

Ehtiyat həcmi 500 000 (beş yüz min) kub metrdən yuxarı olduqda – 1080,0 (bir min səksən) manat.

  1. “Vergi ödəyicisinin vergi borcu barədə” arayış (müvafiq sənəd elektron qaydada alındıqda notarial təsdiqli olması zəruridir);
  2. İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
  3. İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə - nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə - şəxsiyyəti  təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi (notarial qaydada təsdiqlənmiş);
  4. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  5. İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.

   İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 17 oktyabr 2024-cü il saat 18:00  qədər Naxçıvan şəhəri, Cəlil  Məmmədquluzadə  küçəsi 42 ünvanında (Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası) təqdim etməlidirlər.

   Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər Nazirliyə “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydalarına” uyğun ərizə (bundan sonra “ərizə”) təqdim edir.

Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.

Hərracda iştirak etmək istəyənlər hər lot üzrə yatağın ehtiyat həcminə uyğun məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 42 (Əlaqələndirici şəxs: Əliyev Şövqi, telefon: (036) 545 34 85, 050-569-84-69 ) ünvanından  ala bilərlər.

 

Hesab: AZ21NABZ12360100000000005944

VÖEN: 0200003621

Naxçıvan Muxtar Respublikası Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fondu

Büdcə təsnifat kodu: 142325

Büdcə səviyyəsinin kodu: 7

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

  Hərrac komissiyası tərəfindən hərrac iştirakçısına dəvət məktubu verildikdən sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir.

  Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.