Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 5 iyun tarixində Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin ciddiliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 5 iyunun “Dünya ətraf mühitin mühafizəsi günü” kimi qeyd olunmasına qərar verildi və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlandı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun “Dünya ətraf mühitin mühafizəsi günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.
Hər il bir deviz altında keçirilən bu günün cari ildəki şüarı “Plastik çirklənməyə qalib gəl: Ekosistemin bərpası”dır.