Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat idarəsində Türkiyə Respublikasından dəvət edilmiş təcrübəli mütəxəssis Ankara şəhərinin Maden Tetkik və Arama Genel Müdirliyində Jeokimya İSP-OES və İSP-MS laboratoriyasından kimya mühəndisi – analizçi Zümrüt Dikerlə birgə laboratoriyada 7 noyabr 2023-cü il tarixdən 13 noyabr 2023- cü il tarixinədək analizlərin aparılması istiqamətində xüsusi təlimlər keçirilmişdir.
Təlimlərdə əməkdaşların nəzəri bilikləri ilə yanaşı praktiki (təcrübə) bacarıqlarının da formalaşdırılması istiqamətində işlər aparılmış, götürülən nümunələrinin ilkin nəticələri əldə edilmişdir.