Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 07 sentyabr 2022-ci il tarixdə payız-qış mövsümünə hazırlıqla bağlı keçirilmiş müşavirədə Ali Məclisin Sədri tərəfindən digər sahələrdə olduğu kimi ekologiya sahəsində də görülməli işlərlə bağlı müvafiq tapşırıqlar verilmişdir. Bu tapşırıqların icrası məqsədilə payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qış aylarında vəhşi heyvanların qaba yem və daşduza olan təlabatını ödəmək məqsədilə 100 kipdən artıq qaba yem və 2000 kiloqramdan artıq daşduz gətirilərək Arpaçay Dövlət Təbiət Yasaqlığının, heyvanların daha çox məskunlaşdığı "Billava" adlandırılan ərazisində yerləşdirilmişdir.
Eyni zamanda muflon, bezoar dağ keçilərinin və digər vəhşi heyvanların daşduza olan tələbatını ödəmək məqsədilə 500 kiloqramdan çox daşduz ərazilərə dağıdılmışdır. Həmçinin bu kimi tədbirlər bundan əvvəl Ordubad Dövlət Təbiət Yasaqlığının "Darıdağ" və Zəngəzur Milli Parkının Şahbuz rayonu ərazisində keçirilmişdir. Bundan sonra Zəngəzur Milli Parkının Ordubad rayon ərazisində və zərurət yaranan digər ərazilərdə bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.