Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Şərur rayon Gigiyena və Epidemiologiya şöbəsinin iştirakı ilə birgə Arpaçay su anbarının və Sutəmizləyici Qurğular Kompleksinin ətrafında dərmanlama, dezinfeksiya işləri aparılmışdır.
İçməli suların keyfiyyətinin öyrənilməsi məqsədilə Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksinin çıxış hissəsindən ayda iki dəfə olmaqla su nümunələri götürülərək suların tərkibində pH-ı, temperaturu, bulanıqlığı, anion və kationların və digər elementlərin miqdarı təyin edilmişdir.
Həmçinin Sədərək rayon Su Monitorinq Laboratopriyasında, Araz və Arpaçayın muxtar respublika ərazisinə daxil olan hissəsindən və “Şir arxı” ndan götürülmüş su nümunələrində suların ilkin analizi, ağır metalların müqdarı və eyni zamanda radioaktivliyi təyin etmək məqsədilə analizlər aparılmışdır.
Aparılmış analizlərdə sularda çirklənmə hallarının yol verilən qatılıq həddini keçmədiyi və ekoloji tələblərə uyğun olduğu müəyyən edilmişdir.
Bundan sonra da təlimata uyğun olaraq bu kimi tədbirlər bundan sonrada keçiriləcəkdir.