Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və ekokönüllülərin iştirakı ilə növbəti təmizlik aksiyası həyata keçirilib.
Aksiya Şahbuz rayonu Batabat yaylağı ərazisində təşkil olunub. Aksiya zamanı ərazi məişət tullantılarından təmizlənib, ümumilikdə 200 kiloqram tullantı toplanaraq ərazidən uzaqlaşdırılıb.
Aksiyada Nazirliyin əməkdaşları və gənclər fəal iştirak ediblər.
Keçirilən ekoloji aksiyalar təbiətin qorunması istiqamətində maarifləndirmənin gücləndirilməsinə, vətəndaşlarda ekoloji mədəniyyətin formalaşdırılmasına və ətraf mühitin təmiz saxlanılmasına xidmət edir. Bu cür təşəbbüslər ərazilərin tullantılarla çirkləndirilməsinin qarşısının alınmasına və sağlam ekoloji mühitin qorunmasına mühüm töhfə verir.