Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin və Culfa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Saltaq, Göydərə, Əlincə və Qazançı kənd ictimaiyyət nümayəndələrinin iştirakı ilə ictimaiyyətin hüquqi və ekoloji maarifləndirilməsi tədbiri keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd insanların ekoloji təhsilini artırmaq və qəbul edilmiş hüquqi aktlar barədə maarifləndirməklə ətraf mühitin biomüxtəlifliyinin qorunmasında hər kəsin hüquq və vəzifələrini izah etməkdir.
Təbiəti qorumaq hər kəsin vətəndaşlıq borcudur və hər kəs əsl vətəndaş mövqeyi nümayiş etdirməli, vətənini, onun təbiətini sevməli və qorumalıdır.
Bu istiqamətdə tədbirlər digər yaşayış məntəqələrində də davam etdiriləcəkdir.