Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Zəngəzur Milli Parkında çöl heyvanlarının kompleks məskunlaşdığı ərazilərdə və miqrasiya dəhlizlərində mütəmadi olaraq biotexniki tədbirlər həyata keçirilir. Əsrarəngiz təbiəti ilə seçilən 42797 hektar ərazisi olan Zəngəzur Milli Parkı zəngin fauna və floraya malikdir. Çöl heyvanlarının qış aylarında qidaya olan tələbatı yay aylarında isə suya olan tələbatı daha da artır, bu isə heyvanların alternativ qida mənbələri və su mənbələri axtarmasına, bəzən də miqrasiyasına səbəb olur. Bunu nəzərə alan muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yabanı faunanın qida və su tələbatını qismən ödəmək üçün ərazilərdə biotexniki tədbirlər həyata keçirilir. Milli Parkın ərazisində fauna ehtiyatlarının mühafizəsi və artırılması məsələsinə daim diqqət göstərilir.
İsti keçən yay aylarında çöl heyvanları diqqətdən kənar saxlanıla bilməzdir. Onların suya olan tələbatını ödəmək üçün Ordubad şəhəri yaxınlığındakı ərazidə yerləşən hovuza 8 ton su boşaldılıb.
Heyvanların suya olan tələbatının ödənilməsi tədbirləri bundan sonrada davam etdiriləcəkdir.