Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

“Ətraf mühitə təsir edən amillər” mövzusuna həsr olunan görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları şagirdlərlə ətraf mühitin qorunmasının vacibliyi barədə söhbət aparıblar. Bildirilib ki, havanın, suyun və torpağın çirklənməsi yalnız təbiətə deyil, insan sağlamlığına və gələcək nəslin həyatına da mənfi təsir göstərir.
Şagirdlərə gündəlik həyatda formalaşdırılan kiçik vərdişlərin — suya qənaət, tullantıların düzgün atılması, yaşıllıqlara qayğı ilə yanaşılması və təbiətin çirkləndirilməməsinin ətraf mühitin qorunmasına mühüm töhfə verdiyi izah olunub. Şagirdlər mövzuya maraq göstərib, görüş zamanı ünvanladıqları suallar ətraflı şəkildə cavablandırılıb.