Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Ekoloji təhsil layihəsi çərçivəsində Ordubad rayon 3 nömrəli tam orta məktəbdə maarifləndirici görüş təşkil olunub

Şagirdlərlə keçirilən görüş “Cəmiyyət və insanın qarşılıqlı əlaqəsi” mövzusuna həsr edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları insan fəaliyyətinin ətraf mühitə təsiri, cəmiyyətin təbiətlə harmoniyada inkişafının əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, insan və təbiət bir-biri ilə sıx bağlıdır və bu tarazlığın qorunması hər bir fərdin davranışından asılıdır.

Diqqətə çatdırılıb ki, ekoloji tarazlığın pozulması həm təbiətə, həm də insanların həyat keyfiyyətinə birbaşa təsir göstərir. Bu baxımdan gündəlik həyatda ekoloji cəhətdən düzgün seçimlər etmək, təbii resurslardan səmərəli istifadə etmək və ətraf mühitə həssas yanaşmaq vacibdir.

Şagirdlərə izah olunub ki, erkən yaşlardan formalaşan ekoloji düşüncə gələcəkdə daha məsuliyyətli və təbiətə qayğı ilə yanaşan cəmiyyətin yaranmasına zəmin yaradır.

Sonda şagirdlərin iştirakı ilə məktəbin həyətyanı sahəsində tinglər əkilib.
Şagirdlər təbiət sevgilərini əməli şəkildə ifadə ediblər