Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

“Əməyin mühafizəsi və texniki təhlükəsizlik normaları və qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Əməyin mühafizəsi və texniki təhlükəsizlik normaları və qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadənin təşkili şöbəsinin müdiri Ramiz Rəsulov açaraq “Əməyin mühafizəsi, iş yerlərində əsas təhlükələr, riskə nəzarət tədbirlərivə istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçotu” mövzusunda iştirakçılara məlumat verib.
Qeyd edib ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi iş yerində baş verə biləcək risklərin qarşısının alınması, təhlükəsiz əmək şəraitinin təmin olunması fayda verəcəkdir.
Daha sonra Maliyyə və təsərrüfat şöbəsinin, Texniki təminat və nəzarət sektorunun müdiri Rəsul Məmmədov “Yanğın profilaktikası və yanğınların söndürülməsi, Sağlamlıq üçün Təhlükəli Maddələrə Nəzarət (COSHH), İş yerində olan əsas təhlükələr və riskə nəzarət tədbirləri” mövzusunda çıxış edərək əməkdaşlar arasında əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində bilik və bacarıqların artırılması, istehsalat proseslərində təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasından danışıb.