Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
02 may 2023-cü il tarixdə Şahbuz şəhər mərkəzində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ədliyyə Nazirliyinin və Şahbuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin rolu"mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir zamanı iştirakçılara ekologiya sahəsində qəbul edilmiş qanunvericilik aktlarında bələdiyyələrin hüquqları, vəzifələri və səlahiyyətləri barədə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Tədbirin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsində, sağlamlaşdırılmasında, yaşıllıqların artırılması və qorunmasında, torpaqların münbitliyinin təmin olunmasıda, eyni zamanda əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahələrində bələdiyyələrin rolunun artırılmasından ibarətdir.