Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Tədbirlər planına uyğun olaraq 10 iyun 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun, o cümlədən, Akademik Həsən Əliyev adına Zəngəzur Milli parkının əməkdaşlarının iştirakı ilə birlikdə Batabat yaylağı adlanan ərazidə geobotaniki tədqiqat aparılmış, xüsusi avadanlıq vasitəsilə ot örtüyünün sıxlığı qeydə alınmış, hündürlüyü ölçülmüş və vegetasiya müddəti hesablanmışdır. Nəticəyə əsasən ərazidə ot örtüyünün sıxlığı bəzi yerlərdə orta, bəzi yerlərdə isə normal sıxlığa malik olduğu qənaətinə gəlinmişdir. Geobotaniki tədqiqat işləri digər yaylaq ərazilərində də davam etdirilmişdir. Bundan sonra da mütəmadi olaraq yay-otlaq sahələrində monitorinqlər davam etdiriləcək və otlaqlardan səmərəli istifadə olunması məqsədilə sahibkarlarla maarifləndirici söhbətlər aparılacaqdır.