Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən Milli Parkın ərazisində yerləşən yaylaq sahələrində geobotaniki tədqiqat və monitorinq işləri aparılır.
Tədqiqatlar Culfa rayonu ərazisində yerləşən Dəmirli yaylağında həyata keçirilib. Tədqiqatların əsas məqsədi yaylaq sahələrinin mövcud vəziyyətini öyrənmək, təbii yem bazasının vəziyyətini və ot örtüyünün inkişaf səviyyəsini qiymətləndirmək, bitkilərin vegetasiya və çiçəklənmə mərhələlərini, eləcə də həmin ərazilərin mövsümi istifadəyə və heyvanların otarılmasına uyğunluğunu müəyyənləşdirməkdir. Aparılan tədqiqatlar eyni zamanda yaylaq sahələrinin səmərəli idarə olunmasına xidmət edir.
Xüsusi avadanlıqlar vasitəsilə ərazidə bitki örtüyünün vəziyyəti, vegetasiya müddəti, bitkilərin çiçəklənmə dövrü, ot örtüyünün sıxlığı və hündürlüyü öyrənilib, daha sonra geobotaniki göstəricilər qiymətləndirilib.
Qeyd edək ki, geobotaniki tədqiqat və monitorinq işlərinin digər yaylaq ərazilərində də davam etdirilməsi nəzərdə tutulur.