Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Heydər Əliyevin 100 illiyi ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan ekologiyası" adlı konfrans keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində Heydər Əliyevin 100 illiyi ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan ekologiyası" adlı konfrans keçirilmişdir.
 
Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əzəmətlə ucalan abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. Daha sonra iştirakçılar Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Naxçıvan Biznes Mərkəzində davam edən tədbir əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında və ekologiya sahəsinin inkişaf etdirilməsində Heydər Əliyevin əvəzsiz xidmətlərindən, Ulu Öndərin bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ekoloji siyasətindən, beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğundan danışıb.
Tədbirin davamında Nazirlik əməkdaşları Kamran Əliyev Və Elsanə Qurbanlı çıxış etmişlər..
Tədbir "Ekologiya könüllüsü" Behbud Məmmədovun Ümummilli Lider Heydər Əliyevin könüllülük dəyərlərinə böyük önəm və Azərbaycanda könüllülər hərəkatının başlanmasına verdiyi böyük töhvəsi barədə çıxışının ardından tədbir iştirakçıları Ümummili Lider Heydər Əliyevə həsr olunmuş filmə baxmışlar.