Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
17 yanvar 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “fövqəladə halların xüsusiyyətləri və fövqəladə hal zamanı davranış qaydaları, inzibati binalarda yanğın hadisəsinin baş vermə səbəbləri və yanğın təhlükəsizliyi sahəsində müəssisələrin hüquq və vəzifələri” mövzusunda Nazirliyin və tabeli idarələrin əməkdaşlarının iştirakı ilə seminar-müşavirə keçirilmişdir.
Mövzu üzrə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının məruzələri dinlənilmiş, təqdimat və videoçarx nümayiş etdirilmiş. Sonda iştirakçıların sualları cavablandırılmışdır.