Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Kəngərli rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib.

Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xanlar Mustafayev vətəndaş qəbulu qrafikinə uyğun olaraq 31 yanvar 2024-cü il tarixdə Kəngərli rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirib. Qəbulda nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak edib.

Vətəndaşların müraciətlərinin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.