Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğun və Kəngərli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kəngərli rayonunun Çalxanqala kənd mərkəzində ətraf kəndlərin ictimaiyyət nümayəndələrinin iştirakı ilə hüquqi və ekoloji maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir zamanı iştirakçılara ətraflı məlumat verilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Tədbirin keçirilməsində məqsəd əhalinin ekoloji təhsilini artırmaq və mövcud qanunvericilik haqqında məlumatlandırmaqdır. Bu tədbirlər digər rayonlarda da keçiriləcəkdir.