Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublika ərazisindəki meşə və meşə ətrafı ərazilərin yanğından qorunması məqsədilə tədbir keçirilmişdir. Bu məqsədlə müvafiq ərazilərdə yanğından mühafizə üçün operativ qruplar yaradılmışdır. Həmin qruplar yanğından mühafizə avadanlıqları ilə təchiz edilmiş, onların əhatə etdikləri ərazilərdə ilkin müdaxilə məqsədilə təlimlər keçirilmişdir.
Muxtar respublikada dövlət meşə fondu ərazilərində baş verə biləcək yanğın hallarının qarşısının alınmasında bu kimi qabaqlayıcı tədbirlər bundan sonra da davam etdiriləcəkdir.