Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Ordubad rayonu Tivi kəndi yaxınlığındakı "Dağdağanlı düz" adlanan ərazidə və rayonun Nüsnüs kəndi ərazisində ayrı-ayrılıqda 5 hektar olmaqla ümumilikdə 10 hektar, Ordubad Dövlət Təbiət Yasaqlığının Darıdağ ərazisində 5 hektar, Arpaçay Dövlət Təbiət Yasaqlığının Tənənəm kəndindəki Qazma mağarası yaxınlığında 4 hektar əvvəlcədən şırım açılmış sahədə toxumla əkin aparılmışdır. Əkin zamanı ərazilərin iqlim şəraitinə uyğun olan ağac və kol bitkilərinin toxumlarına üstünlük verilmişdir.
Yemişan, həmərsin, alça, badamça, o cümlədən sınaq məqsədilə sumaq toxumları əkilmişdir. Bu kimi tədbirlər yaşıllıq sahələrinin genişləndirilməsi ilə yanaşı torpağın münbitliyinin qorunması, külək və su eroziyasının qarşısının alınmasında mühüm rol oynayır. Toxum əkini tədbirləri digər ərazilərdə də davam etdirilir.