Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Naxçıvan Dövlət Universitetinin ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri üçün Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisinə ekskursiya təşkil olunub

Ekskursiyanın əsas məqsədi gənclərə Naxçıvanın zəngin təbiətini, flora və faunasını yaxından tanıtmaq, onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdan ibarət olub.

Ekskursiya çərçivəsində tələbələr əvvəlcə Milli Parkın İdarəetmə və İnformasiya Mərkəzinə baş çəkiblər. Burada onlara milli parkın yaradılma məqsədi, biomüxtəlifliyi, nadir bitki və heyvan növləri, həmçinin ərazidə həyata keçirilən mühafizə tədbirləri barədə ətraflı məlumat verilib.

Daha sonra tələbələr park ərazisində, eləcə də Culfa rayonunun Boyəhməd kəndi istiqamətində gəzintidə iştirak ediblər. Təbiət qoynunda təşkil olunan müxtəlif əyləncəli oyunlar və fəaliyyətlər gənclərin marağına səbəb olub. Onlar həm zəngin təbiəti yaxından müşahidə edib, həm də maraqlı və yaddaqalan vaxt keçiriblər.