Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
“Azərbaycan Respublikasında hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” adlı iki illik Tvinninq layihəsi çərçivəsində 13-14 noyabr tarixlərində layihəyə üzv olan Fransa, Finlandiya və Litvadan olan ekspertlər tərəfindən Naxçıvan Hidrometeorologiya İdarəsinin mütəxəssislərinə meteoroloji və hidroloji müşahidələrin aparılması və meteoroloji proqnozların hazırlanması ilə əlaqədar təlimlər keçirilmişdir.
Beynəlxalq ekspertlər avtomat meteoroloji stansiyalara baxış keçirmiş, qeyd olunan mövzularda mütəxəssislərin sualları cavablandırılmışdır. Gələcəkdə Naxçıvan Muxtar Respublikası ərazisində meteoroloji proqnozların daha dəqiq hazırlanması məqsədilə proqnoz modellərinin tətbiqinin təşkili barədə müzakirələr aparılmışdır.