Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Naxçıvan MR-da yer təki sahələrinin istifadəyə verilməsi ilə bağlı 28 noyabr 2023-cü il tarixində saat 11:00-da növbəti hərrac keçiriləcək.

 

Yer təkindən istifadə ilə bağlı 28 noyabr  2023-cü il tarixində saat 11:00-da keçiriləcək

hərracın elanı

 

Hərrac auksion formasında keçiriləcəkdir.

 

Şərur rayonu  Arpaçay”  çınqıl-qum qarışığı yatağı

 

 

N

Yatağın adı

LOT

Həcmi

                Sahəsi

Faydalı

qazıntının növü

İstismar müddəti

Yatağın koordinatı

Başlanğıc

qiyməti

Beh  məbləği

(10%)

1.

Arpaçay

LOT-1

 252000m3

6,3 ha

Çınqıl-Qum

20

ilədək

X4378266.686

 Y502667.809

 X4378616.038

 Y502889.193

 X4378514.556

 Y503004.230

X4378216.076

Y502795.519

 

 25200

2520

 

Hərracın keçiriləcəyi ünvan: Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi 19, (Naxçıvan Biznes Mərkəzi MMC)

Qeyd: Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə  müraciət edə bilərlər. (Naxçıvan şəhəri Cəlil  Məmmədquluzadə  küçəsi 42)

 

Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri müraciət Ərizəsinə qoşma olaraq  təqdim etməlidirlər:

  1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
  2. Hərracda iştirak haqqının ödənilməsi barədə bank sənədinin əslini;
  3. “Vergi ödəyicisinin vergi borcu barədə” arayış;
  4. İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
  5. İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə - nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə - şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
  6. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  7. İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.

 

İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 21 noyabr 2023-cü il saat 16:00  qədər Naxçıvan şəhəri, Cəlil  Məmmədquluzadə  küçəsi 42 ünvanında (Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.

Hərracda iştirak etmək istəyənlər 540 manat məbləğində xidmət haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 42 (Əlaqələndirici şəxs: Əliyev Şövqi, telefon: (036) 545 34 85, 050-569-84-69 ) ünvanından  ala bilərlər.

 

Hesab: AZ21NABZ12360100000000005944

VÖEN: 0200003621

Naxçıvan Muxtar Respublikası Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fondu

Büdcə təsnifat kodu: 142582

Büdcə səviyyəsinin kodu: 7

 

 

Xidmət haqqı heç bir halda geri qaytarılmır.

 

Hərrac komissiyası tərəfindən hərrac iştirakçısına dəvət məktubu verildikdən sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.

 

 

 Qoşma:

 

Azərbaycan Respublikası Naxçıvan Muxtar

                                                                      Respublikası Ekologiya və Təbii Sərvətlər

 Nazirliyinə

 Fiziki şəxs / Hüquqi şəxs  tərəfindən       

 

VÖEN:

 

Ünvan:

 

 

 

                                                                Ərizə

 

            Xahiş edirik  hərracda iştirak etmək üçün icazə verəsiniz.

 

                                              

                    Qoşma: 3 vərəq

                                        İmza:                                                    Nümunə Həsənov Həsən

                                                                                         Tarix: 15 oktyabr 2023-cü il