Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Dövlət Satınalmaları və Mühasibat Uçotunun Tətbiqi üzrə Yeniliklər” mövzusunda maarifləndirici tədbir keçirilib

Tədbirdə Nazirliyin aparatının və tabeli qurumların müvafiq şöbələrinin əməkdaşları iştirak ediblər. Dövlət satınalmaları və mühasibat uçotu sahəsində tətbiq olunan yeniliklər, qanunvericiliyin tələbləri, satınalma proseslərinin təşkili, şəffaflığın təmin olunması və uçot sisteminin düzgün aparılması ilə bağlı geniş çıxışlar olub.

Qeyd edək ki, tədbirin əsas məqsədi əməkdaşlar arasında dövlət satınalmaları sahəsində məlumatlılığın artırılması, satınalma proseslərində şəffaflığın və qanunvericiliyin düzgün tətbiqinin təşviq olunmasıdır.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.