Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
-1779427357.jpg)
Keçirilən monitorinqlər çərçivəsində atmosfer havasının keyfiyyət göstəriciləri, radioaktiv fonun səviyyəsi, ətraf mühitə təsir edən fiziki amillər, elektromaqnit şüalanma, səs-küy və vibrasiya kimi faktorlar üzrə ölçmələr və müşahidələr aparılıb. Əldə olunan nəticələrə əsasən bütün göstəricilərin müəyyən olunmuş ekoloji norma və standartlara uyğun olduğu təsdiqlənib.
Monitorinqlərin aparılmasında əsas məqsəd ətraf mühitin cari vəziyyətinin qiymətləndirilməsi, təbii proseslər və antropogen təsirlərin ekoloji mühitə mümkün təsirlərinin müəyyənləşdirilməsi, həmçinin regionda ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində nəzarət mexanizmlərinin daha da gücləndirilməsidir.
Bundan əlavə, həyata keçirilən müşahidələr ekoloji sabitliyin qorunması, ətraf mühitin davamlı monitorinqinin təşkili və əhalinin sağlam ekoloji mühitdə yaşamasının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.