Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

Görülən işlər çərçivəsində ağaclar qeydiyyata alınaraq xüsusi inventar lövhələri ilə işarələnib. Yaşıllıqların inventarlaşdırılması layihəsi çərçivəsində ağacların növü, diametri, hündürlüyü və bioloji vəziyyəti barədə məlumatlar www.agac.az saytına yerləşdirilir və onların interaktiv şəkildə izlənilməsi mümkün olur. Yaşıllıqların inventarlaşdırılması layihəsi İDEA İctimai Birliyinin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Eyni zamanda Naxçıvan şəhəri və Culfa rayonu ərazisində planlı ekoloji monitorinqlər aparılıb. Monitorinqlər zamanı atmosfer havasının keyfiyyəti, radioaktiv fonun səviyyəsi, elektromaqnit şüalanma, səs-küy, vibrasiya və digər göstəricilər üzrə ölçmələr həyata keçirilib. Əldə olunan nəticələrə əsasən bütün göstəricilərin ekoloji norma və standartlara uyğun olduğu müəyyən edilib.
Tədbirlərdə könüllülər də fəal iştirak ediblər. Ekoloji aksiyalarda gənclərin iştirakı ətraf mühitin qorunması istiqamətində maarifləndirmənin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Sonda iştirak edən könüllülərə sertifikatlar təqdim olunub.