Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Növbəti monitorinq 03 fevral 2023-cü il tarixdə Kəngərli rayonunun Xok, Yeni Kərki və Böyükdüz kəndləri ərazisində keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq monitorinqlər davam etdirilir.
Növbəti monitorinq 03 fevral 2023-cü il tarixdə Kəngərli rayonunun Xok, Yeni Kərki və Böyükdüz kəndləri ərazisində keçirilmişdir. Monitorinq zamanı adları çəkilən ərazilərdə ətraf mühitin mövcud vəziyyəti, antropogen təsir imkanları öyrənilmiş, yaşıllıq sahələrində aqrotexniki qulluq işlərinin aparılması vəziyyəti qiymətləndirilmişdir. Mövcud sututarlarda, içməli və çay sularında ilkin analizlər aparılmış və su nümunələri götürülmüşdür. Keçirilən monitorinqlər zamanı bəzi çatışmazlıqlar aşkar edilmişdir ki, bu çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.
Muxtar respublika ərazisində monitorinqlər bundan sonra da davam etdiriləcəkdir.