Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 07 sentyabr 2022-ci il tarixdə keçirilmiş müşavirədə hörmətli Ali Məclisin Sədri tərəfindən digər sahələrlə yanaşı ekologiya sahəsində də görülməli olan işlərlə bağlı tapşırıqlar verilmişdir. Bu tapşırıqların icrası məqsədilə payız-qış mövsümünə hazırlıq işlərinə başlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qış aylarında çöl heyvanlarının qaba yemə və daşduza olan təlabatını qismən ödəmək məqsədilə 100 kip qaba yem və 2000 kq- dan artıq daşduz Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Şahbuz rayonu ərazisindəki, çöl heyvanların kompleks məskunlaşdığı "Zərnətün dərəsi" adlandırılan ərazidə yerləşdirilmişdir.
Eyni zamanda burada məskunlaşmış muflon, bezoar dağ keçiləri və digər heyvanların daşduza olan tələbatını ödəmək məqsədilə ərazilərə 500 kq-dan çox daşduz dağıdılmışdır. Bu kimi tədbirlər bundan əvvəl Ordubad Dövlət Təbiət Yasaqlığının "Darıdağ" ərazisində keçirilmişdir. Bundan sonra Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Ordubad rayonu ərazisindəki sahələrində və Arpaçay Dövlət Təbiət Yasaqlığının "Billava" ərazisində, o cümlədən zərurət yaranan digər ərazilərdə bu kimi tədbirlər keçiriləcəkdir.