Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında Naxçıvan MR Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli sərəncamının icrası məqsədilə
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin “Memarlıq və Mühəndislik” fakultəsinin “Ekologiya mühəndisliyi” və “Geologiya mühəndisliyi” ixtisasları üzrə təhsil alan dördüncü kurs tələbələri istehsalat təcrübəsi çərçivəsində Pürcuvar Dövlət Meşəsi ərazisində olmuşlar. Burada onlara meyvə bağlarının salınması, onların əhəmiyyəti və əkin texnologiyası haqqında məlumat verilmişdir. Sonra tələbələr ərazidə ağac əkini qaydaları ilə tanış olmuş və yeni meyvə bağının salınmasında iştirak etmişlər.