Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Qanunsuz balıq ovu edən şəxslər haqqında tədbir görülüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd yoxlamalar zamanı Ordubad rayonu, Azad kəndi yaxınlığından keçən Gilançayında qadağan olunmuş üsulla qanunsuz balıq ovlayan şəxslər barədə tədbir görülüb.

Araşdırma zamanı balıq ovlayan şəxslərin Ordubad rayonu, Azad kənd sakinləri Cəlilov Kamran, Kazımov Mahir və Əsgər Şahin olduğu müəyyənləşdirilib. Faktlarla bağlı protokollar tərtib olunub və bu istiqamətdə işlər davam etdirilir.