Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Şahbuz rayonunda ekoloji maarifləndirmə tədbiri keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahbuz rayonu Badamlı qəsəbəsində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, yaşıllıqların mühafizəsi və götürülməsi qaydaları, eləcə də ekoloji qanunvericiliyin tələbləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Dövlət Ekoloji Ekspertiza Agentliyinin əməkdaşları tərəfindən iştirakçılara "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri, tullantıların düzgün idarə olunması, qanunsuz ov hallarının qarşısının alınması, yer təkindən səmərəli istifadə, həmçinin yaşıllıqların götürülməsi, bərpası və bu sahədə tətbiq olunan inzibati məsuliyyət tədbirləri barədə ətraflı məlumat verilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, ekoloji hüquq və vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Tədbirin əsas məqsədi vətəndaşlar arasında ekoloji maarifləndirmənin gücləndirilməsi, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması, təbii sərvətlərin qorunmasına ictimai dəstəyin artırılması və ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasının təşviq edilməsidir.