Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər Nazirliklərinin və Şahbuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunun Kolanı, Ağbulaq, Gömür, Biçənək, Yuxarı Qışlaq və Aşağı Qışlaq kənd ictimaiyyət nümayəndələrinin iştirakı ilə hüquqi və ekoloji maarifləndirilmə tədbiri keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd insanların ekoloji təhsilini artırmaq və qəbul edilmiş hüquqi aktlar barədə maarifləndirməklə ətraf mühitin biomüxtəlifliyinin qorunmasında vətəndaş fəallığının təmin edilməsidir.
Təbiəti qorumaq hər kəsin vətəndaşlıq borcudur və hər kəs əsl vətəndaş mövqeyi nümayiş etdirməli, vətənini, onun təbiətini sevməli və qorumalıdır.
Bu istiqamətdə tədbirlər digər yaşayış məntəqələrində də davam etdiriləcəkdir.