Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Şahbuzda yaylaqçılarla maarifləndirici görüş keçirilib

“Otlaq və örüş sahələri: Tanıyaq. Dəyər verək. Bərpa edək.” mövzusunda Şahbuz rayonunun "Qonaqgörməz" yaylağında yaylaq istifadəçiləri və fermerlərlə maarifləndirici görüş keçirilib.

Görüş zamanı Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları yaylaqçılarla yay otlaq sahələrindən düzgün və səmərəli istifadə, təbii ekosistemlərin qorunması, otlaq yükünün tənzimlənməsi, yanğın təhlükəsizliyi qaydaları və mövsümi risklər barədə maarifləndirici söhbətlər aparıblar. Eyni zamanda təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onları narahat edən məsələlər dinlənilib, qaldırılan problemlərin həlli istiqamətində müvafiq qeydlər aparılıb.

Qeyd edək ki, bu cür maarifləndirici görüşlərin keçirilməsində əsas məqsəd yay otlaq sahələrindən səmərəli və davamlı istifadənin təşviqi, təbii sərvətlərin mühafizəsi, ekoloji maarifləndirmənin gücləndirilməsi və yaylaq istifadəçilərinin məsuliyyətli təsərrüfat fəaliyyətinə təşviq edilməsidir.