Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Şırım açılmış 10 hektar sahədə toxumla əkin aparılmışdır

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  əməkdaşları tərəfindən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Ordubad rayonu Bist kəndi yaxınlığında 5 hektar, Arpaçay Dövlət  Təbiət Yasaqlığının Axura kəndi ərazisində 5 hektar olmaqlq ümumilikdə 10 hektar əvvəlcədən şırım açılmış sahədə toxumla əkin aparılmışdır. Əkin  zamanı əsasən ərazinin iqlim şəraitinə uyğun olan ağac və kol bitkilərinin toxumlarına üstünlük verilmişdir.
Yemişan, həmərsin, alça, badamça, o cümlədən sınaq məqsədilə sumaq toxumları əkilmişdir. Bu kimi tədbirlər yaşıllıq sahələrin genişləndirilməsi ilə yanaşı torpağın münbitliyinin qorunması, külək və yağış eroziyasının qarşısının alınmasında mühüm rol oynayır. Toxum əkini tədbirlər digər ərazilərdə də davam etdiriləcəkdir.