“Təbiəti birgə qoruyaq” aksiyası çərçivəsində növbəti təmizlik aksiyası keçirilib.
“Təbiəti birgə qoruyaq” aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Ekologiya könüllülərinin iştirakı ilə növbəti təmizlik aksiyası keçirilib.
Aksiya çərçivəsində Ağbulaq istirahət mərkəzinə gedən yolun kənarları və bulaqların ətrafındakı ərazilər tullantılardan təmizlənib.
Təəssüf ki, hər həftə keçirilən bu aksiyalarda yenə də vətəndaşların istirahət zamanı atıb getdikləri tullantılara rast gəlinir. Hər kəsi məsuliyyətini dərk edərək ətraf mühiti təmiz saxlamağa və əraziləri çirkləndirməməyə səsləyirik.