Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019 - cu il tarixli sərəncamının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin "Ekologiya mühəndisliyi" və "Geologiya mühəndisliyi" ixtisasları üzrə 4-cü kurs tələbələri istehsalat təcrübəsi çərçivəsində Hidrometeorologiya idarəsinin Naxçıvan Meteoroloji Stansiyasında olmuşlar. Avtomat meteoroloji stansiyada küləyin sürəti və istiqaməti, havanın minimum və maksimum temperaturu, nisbi rütubəti, atmosfer təzyiqi, şeh nöqtəsi, yağıntı və torpağın temperaturu haqqında məlumatların əldə edilməsi və birbaşa internet vasitəsilə kompüterə ötürülməsi və arxivləşdirilməsi haqqında məlumatlar verilmişdir. Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Bundan sonra da tələbələrə istehsal müəssisələrində istehsalat təcrübəsi tədbirlərinin keçirilməsi davam etdiriləcəkdir.