Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
"5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü" ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hamiliyinə verilmiş "Ekologiya mühəndisliyi" və "Geologiya mühəndisliyi" ixtisasları üzrə 4-cü kurs tələbələrinin, o cümlədən Zəngəzur Milli Parkının Ordubad rayonu üzrə əməkdaşlarının iştirakı ilə Zəngəzur Milli Parkının Şahbuz rayonu ərazisində tədbir keçirilmişdir. Tədbir zamanı iştirakçılara slayt vasitəsilə muxtar respublikanın təbiəti, turizm potensialı və xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan flora və fauna ehtiyatları haqqında geniş məlumat verilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. İştirakçılar informasiya mərkəzində olan muzey fondu ilə tanış olduqdan sonra onlara Batabat gölünün ətrafına gəzinti təşkil olunmuş, onlarla maarifləndirici söhbətlər aparılmış və gölün üzərində yerləşən üzən ada haqqında məlumat verilmişdir.
Tədbirin sonunda iştirakçılara çay süfrəsi təşkil edilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd doğma təbiətimizin mühafizəsi sahəsində gənclərin rolunun artırılmasıdır.