Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Tinglik sahələri dərmanlanıb

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tinglərin sağlam inkişafı istiqamətində tədbirlər davam etdirilir. Nazirliyin Qoşadizə və Xətai tinglik sahələrində zərərvericilərə qarşı dərmanlama işləri həyata keçirilib.

Bununla yanaşı, tinglik sahələri alaq otlarından təmizlənib, tinglərin normal böyüməsi üçün əlverişli şərait yaradılıb.

İşlərin vaxtında və düzgün aparılması gələcəkdə tinglərin sağlam böyüməsinə, yaşıllıqların davamlılığının təmin edilməsinə şərait yaradacaq.