Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yaşıllıqların qorunması və inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq suvarma işləri həyata keçirilir. Görülən işlər çərçivəsində tinglərin vegetasiya dövründə normal inkişafı təmin olunur, onların kök sisteminin möhkəmlənməsinə və iqlim şəraitinə uyğunlaşmasına şərait yaradılır.
Suvarma işləri Nazirliyin tabeliyində fəaliyyət göstərən Yaşıllaşdırma və Landşaft Quruluşu Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən operativ və planlı şəkildə icra olunur. Ərazilərdə suvarma normativlərinə riayət edilməklə, su ehtiyatlarından səmərəli istifadə təmin edilir.
Bununla yanaşı, tinglik sahələrində aqrotexniki qulluq tədbirləri də davam etdirilir. Belə ki, torpağın yumşaldılması, alaq otlarının təmizlənməsi, bitkilərin xəstəlik və zərərvericilərə qarşı dərmanlanması, eləcə də qurumuş və zəif inkişaf edən tinglərin yeniləri ilə əvəz olunması istiqamətində müvafiq işlər görülür.
Həyata keçirilən tədbirlər yaşıllaşdırma işlərinin keyfiyyətinin artırılmasına, biomüxtəlifliyin qorunmasına və regionda ekoloji tarazlığın təmin olunmasına mühüm töhfə verir.