Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Ordubad rayonu Nüsnüs ərazisində 5 hektar, Şahbuz rayon "Xınzirək" adlandırılan ərazisində 5 hektar və Arpaçay Dövlət Təbiət Yasaqlığının "Kərəkəndi" adlandırılan ərazisində 5 hektar ərazidə ümumilikdə 15 hektar sahədə əvvəlcədən şırım açılaraq toxumla əkin aparılmışdır. Əkin zamanı əsasən ərazinin iqlim şəraitinə uyğun olan ağac və kol bitkilərinin toxumlarına üstünlük verilmişdir.
Yemişan, həmərsin, alça, badamça, o cümlədən sınaq məqsədilə sumaq toxumları əkilmişdir. Bu kimi tədbirlər yaşıllıq sahələrin genişləndirilməsi ilə yanaşı torpağın münbitliyinin qorunması, külək və yağış eroziyasının qarşısının alınmasında mühüm rol oynayır. Toxum əkini tədbirlər digər ərazilərdə də davam etdiriləcəkdir.