Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, şəhidlərimizin və Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə nazir müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xanlar Mustafayev çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan Respublikasının inkişafı ilə yanaşı, ekoloji vəziyyət, ətraf mühitin mühafizəsinə qayğı ilə yanaşıb. Hələ sovet hakimiyyəti illərində Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə yaşıllaşdırma proqramları həyata keçirilib, ölkəmizdə flora və faunanın, təbiət abidələrimizin, nadir heyvanlar aləminin qorunması, mühafizə edilməsi istiqamətində konkret dövlət siyasəti müəyyən edilib.“ Heydər Əliyev İli” ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında 440,1 hektar ərazidə yaşıllaşdırma tədbirlərinin keçirilməsi nəzərdə tutulub. 254 hektar ərazidə yaşıllaşdırma işləri yekunlaşdırılıb. Nazir müavini payız əkin mövsümünə 186,1 ha ərazinin yaşıllaşdırılması həyata keçiriləcəyini diqqətə çatdırıb.
Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər Təşkilatı sədri Elman Cəfərli və Nazirliyin partiya ərazi təşkilatının sədri İradə İbrahimovanın da çıxışı olub
Tədbirin sonunda ekologiya sahəsində mövcud vəziyyətlə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cvablandırlıb.