Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Baytarlıq Xidməti və Ordubad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad rayonunun Əyriçay ətrafındakı "tillək yurdu", "gen yurd", "dib yurd" və "tüklü çəmən" yaylaqlarında məskunlaşmış fermer, sahibkar və ailə təsərrüfatçılarının iştirakı ilə yaylaqlardan səmərəli istifadə, baytarlıq xidmətinin təşkili və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə dair ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir zamanı iştirakçılara ətraflı məlumat verilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Bundan sonra digər yaylaqlarda da bu kimi tədbirlər davam etdiriləcəkdir.