Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Yer təkindən istifadə ilə bağlı 26 aprel 2024-cü il tarixində saat 11:00-da keçiriləcək hərracın elanı

Yer təkindən istifadə ilə bağlı 26 aprel  2024-cü il tarixində saat 11:00-da keçiriləcək

hərracın elanı

 

Hərrac auksion formasında keçiriləcəkdir.

 

Babək şəhəri  “Naxçıvançay I”  çınqıl-qum qarışığı yatağı

 

 

Yatağın adı

LOT

Həcmi

                Sahəsi

  Faydalı

qazıntının növü

İstismar müddəti

Yatağın koordinatı

Başlanğıc

qiyməti

Beh  məbləği

(10%)

1

Naxçıvançay I

LOT-1

 100000m3

2,0 ha

Çınqıl-Qum

15

ilədək

X535632.912

 Y4332225.081

 X535685.247

 Y4332204.740

 X535705.904

 Y4332011.526

X535585.741

Y4332043.580

X535588.65

Y4332200.175

 10000

1000

 

Hərracın keçiriləcəyi ünvan: Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi 19, (Naxçıvan Biznes Mərkəzi MMC)

Qeyd: Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə  müraciət edə bilərlər. (Naxçıvan şəhəri Cəlil  Məmmədquluzadə  küçəsi 42)

 

Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri müraciət Ərizəsinə qoşma olaraq  təqdim etməlidirlər:

  1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
  2. Hərracda iştirak haqqının ödənilməsi barədə bank sənədinin əslini;
  3. “Vergi ödəyicisinin vergi borcu barədə” arayış;
  4. İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
  5. İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə - nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə - şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
  6. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  7. İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.

 

İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 19 aprel 2024-cü il saat 16:00  qədər Naxçıvan şəhəri, Cəlil  Məmmədquluzadə  küçəsi 42 ünvanında (Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.

Hərracda iştirak etmək istəyənlər 540 manat məbləğində xidmət haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 42 (Əlaqələndirici şəxs: Əliyev Şövqi, telefon: (036) 545 34 85, 050-569-84-69 ) ünvanından  ala bilərlər.

 

Hesab: AZ21NABZ12360100000000005944

VÖEN: 0200003621

Naxçıvan Muxtar Respublikası Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fondu

Büdcə təsnifat kodu: 142325

Büdcə səviyyəsinin kodu: 7

 

 

Xidmət haqqı heç bir halda geri qaytarılmır.

 

Hərrac komissiyası tərəfindən hərrac iştirakçısına dəvət məktubu verildikdən sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.