Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Yer təkindən istifadə ilə bağlı 29 fevral 2024-cü il tarixində saat 11:00-da keçiriləcək
hərracın elanı
Hərrac auksion formasında keçiriləcəkdir.
Kəngərli rayonu Çalxanqala tuf yatağı
N |
Yatağın adı |
LOT |
Həcmi |
Sahəsi |
Faydalı qazıntının növü |
İstismar müddəti |
Yatağın koordinatı |
Başlanğıc qiyməti |
Beh məbləği (10%) |
1. |
Çalxanqala tuf yatağı |
LOT-1 |
440000m3 |
4,0 ha |
tuf |
25 ilədək |
X4365434.047 Y527150.505 X4365392.422 Y527254.512 X4365449.342 Y527573.038 X4365371.839 Y527602.026 X4365321.394 Y527586.468 X4365368.143 Y527107.982 |
44000 |
4400 |
Hərracın keçiriləcəyi ünvan: Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi 19, (Naxçıvan Biznes Mərkəzi MMC)
Qeyd: Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərlər. (Naxçıvan şəhəri Cəlil Məmmədquluzadə küçəsi 42)
Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri müraciət Ərizəsinə qoşma olaraq təqdim etməlidirlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 19 fevral 2024-cü il saat 16:00 qədər Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 42 ünvanında (Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.
Hərracda iştirak etmək istəyənlər 540 manat məbləğində xidmət haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 42 (Əlaqələndirici şəxs: Əliyev Şövqi, telefon: (036) 545 34 85, 050-569-84-69 ) ünvanından ala bilərlər.
Hesab: AZ21NABZ12360100000000005944 |
VÖEN: 0200003621 |
Naxçıvan Muxtar Respublikası Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fondu |
Büdcə təsnifat kodu: 142582 |
Büdcə səviyyəsinin kodu: 7 |
Xidmət haqqı heç bir halda geri qaytarılmır.
Hərrac komissiyası tərəfindən hərrac iştirakçısına dəvət məktubu verildikdən sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.
Azərbaycan Respublikası Naxçıvan Muxtar
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə
Fiziki şəxs / Hüquqi şəxs tərəfindən
VÖEN:
Ünvan:
Xahiş edirik hərracda iştirak etmək üçün icazə verəsiniz.
Qoşma: 3 vərəq
İmza: Nümunə Həsənov Həsən
Tarix: 15 fevral 2024-cü il