Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
05 iyun 2023 cü-il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılan reyd-yoxlama zamanı Culfa rayonu Yaycı kənd ərazisində Xoşgəri çay yatağına baxış keçirilən zaman Culfa rayonu Yaycı kənd sakini Kərimov Asiman Məhərrəm oğlu özünə məxsus Belarus markalı ekskavatorla heç bir icazə sənədi olmadan, qanunsuz olaraq çay yatağından qum-çınqıl yığarken saxlanılıb. Yer təkindən qanunsuz istifadə etdiyinə görə barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilmişdir.