Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Yerin təkinin istifadəyə verilməsi üzrə auksion keçirilib.

Naxçıvan Muxtar Respublikasında yerin təki sahəsinin istifadəyə verilməsi üzrə 31 yanvar 2024-cü il tarixdə növbəti auksion təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə auksion keçirilib.

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən “Ərəzin” gips yatağından ayrılmış 14 hektar sahə hərraca çıxarılmışdır.

Başlanğıc qiyməti 103 min 600 manat olan auksion 145 min manatla yekunlaşdırılmışdır. Auksionun qalibi "Gilan and Knauf" şirkəti olmuşdur.